Cəmiyyət

Bakı-Qazax yolunda nişanlarındakı ciddi səhv təhlükə saçır – VİDEO

Sharing is caring!


Azərbaycanda magistral yolda yol nişanlarının quraşdırılmasında yanlışlığa yol verilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər Bakı-Qazax yolunda qeydə alınıb.

Belə ki, sürücülər yol boyunca bütün geriyə dönmə nişanlarının (5.11.1) səhv quraşdırıldığını və ümumiyyətlə bu yolda nişanlanma ilə bağlı vəziyyətin ürəkaçıcı olmadığını deyirlər.

Belə ki, qanunvericiliyə görə geriyə dönmə üçün məlumat verən nişan yolun həmin hissəsindən 150-300 metr öncə quraşdırılmalıdır. Lakin sözügedən videoda nişan yolun avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə paralel qoyulub. Bu isə sürücüləri çaşdırmaqla yanaşı, həm də ciddi təhlükə yaradır. 

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir