Dünya

Muğlada meşə yanğını başlayıb – FOTO

Sharing is caring!

Türkiyənin Muğla bölgəsi yenidən meşə yanğınlarının məngənəsindədir.

Bölgənin Milas rayonunda meşə sahəsi alovlara təslim olub.

Hadisə Çamköy məhəlləsində baş verib.

Muğla Meşə Region Müdirliyi ilə Milas və Bodrum xilasetmə qrupları bölgəyə gəliblər.

Hazırda əraziyə dörd yanğınsöndürmə təyyarəsi, dörd helikopter, 15 yanğınsöndürən maşın, yeddi su tankeri cəlb olunub.

Yanğının lokallaşdırılmasına çalışılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir