Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati binanın inşası üçün tikinti işlərinə başlanılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.

Tikinti işləri başa çatdıqdan sonra məhkəmə yeni inzibati binaya köçürüləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi, 30 ünvanında yerləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir