Cəmiyyət

Boranıkəndin qaz problemi: “Sakinlər kol-kos yığır” – VİDEO

Sharing is caring!


Salyanın Boranıkənd sakinləri qış qabağı yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıblar.

Belə ki, kənddə qaz sistemi illər əvvəl çəkilib.

Lakin kəndin köhnə Bakı-Astara şosesi yaxınlığındakı bir hissəsi bu sistemdən məhrumdur.

Burada isə 30-40 ailə yaşayır. Qaz xətti ilə kənd sakinlərini isə cəmi 500-600 metr məsafə ayırır.

Sakinlərin sözlərinə görə, isinmək üçün kol-kos yığırlar.

Bəs qaz idarəsi vəzifə borcunu niyə yerinə yetirmir?

Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, regionlarda qazlaşma prosesi mərhələli şəkildə həyata keçilir. Növbəti mərhələdə bu yaşayış məntəqəsinin qazlaşması reallaşacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir