Cəmiyyət

Naxçıvanda maşın aşıb, Türkiyə vətəndaşı xəsarət alıb

Sharing is caring!


Türkiyədən Naxçıvana gələn avtomobil aşıb, bir Türkiyə vətəndaşı xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sədərək rayonunda (Bayraq meydanı ətrafında) qeydə alınıb.

Türkiyədən Naxçıvana, ordan isə Gəncədə təhsil alan övladını görməyə gedən ailə qəzaya uğrayıb.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü, Türkiyə vətəndaşı Temra Süleyman qızı Karadeniz  xəsarət alıb.

Hər iki ayağının topuqları və mil sümüyü qırılan T.Karadeniz Naxçıvan Muxtar Republika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir