Cəmiyyət

“Muğan Bank”a krediti olanların NƏZƏRİNƏ

Sharing is caring!


“Muğan Bank”da krediti olan müştərilərə müraciət edilib.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

– Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi – https://million.az veb-saytı vasitəsilə;

– Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi – “e-manat”, “MilliÖn” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

– Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

Kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi üçün “Muğan Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, 21B, AZ1052 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərsiniz.

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

– Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B;

– Gəncə şəhəri, Cavadxan küçəsi, 10;

– Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi, 7;

– Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 256;

– Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 22.

Əlaqə: (+994) 941

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın ləğvedicisi təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir