Cəmiyyət

Qanunsuz fəaliyyət göstərən çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Sharing is caring!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Güllü Bəhlul qızı Ələsgərovaya məxsus çörək istehsalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə divar və tavan səthlərinin tamlığının pozulduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal məhdudlaşdırılıb.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir