Cəmiyyət

Qəbələdə üç avtomobil toqquşdu: Xəsarət alanlar var

Sharing is caring!


Qəbələ rayonunun Nohurqışlaq kəndində bir-neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, “Mercedes-Benz”, “Chevrolet” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində bir-neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Əraziyə Təcili Tibbi Yardım avtomobili və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir