Cəmiyyət

Azərbaycanda məşhur klinikada YENİ TƏYİNAT

Sharing is caring!


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni Klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Gülnar Nuriyeva 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2007-2008-ci ildə Onkoloji Klinikada internatura keçən Gülnar Nuriyeva daha sonra 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Universitetinin Ginekologiya və Mamalıq Kafedrası – Tibb Fakültəsində uzmanlıq keçib.

Əmək fəaliyyətinə 2012-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Dokuz Eylül Xəstəxanasında başlayan həkim mama-ginekoloq daha sonra qadın xəstəlikləri və doğum uzmanı olaraq Türkiyənin İğdır şəhərində Özel Bulut Xəstəxanasında çalışıb.

2018-2021-ci illərdə “Fellowship” təqaüd proqramı ilə İsrailin Hadassah Universiteti Xəstəxanasının Ginekologiya şöbəsinin Ekstrakorporal mayalanma bölməsində təhsil alıb və bu müddətdə həmin şöbədə fəaliyyət göstərib.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir