Cəmiyyət

Bakıda odlu silah satmaq istəyən keçmiş məhkum ƏLƏ KEÇDİ – VİDEO

Sharing is caring!


Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən, əvvəllər məhkum olunmuş, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir