Cəmiyyət

Bulağa gedən qızı qaçıran şəxslərin cəzaları ağırlaşdırıldı

Sharing is caring!


Gəncə Apellyasiya Məhkəməsində adam oğurluğunda, zorlamağa cəhd və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Samir Hüseynli, eləcə də onun qohumu və tanışları, adam oğurluğunda ittiham olunan – Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovun (hamısının ad-soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Samir Hüseynlinin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası on ilə, digərlərinin isə iki il həbs cəzası səkkiz ilə qaldırılıb.

İttihama görə, hadisə 25 iyun 2021-ci il tarixdə Göygöl rayonu ərazisində qeydə alınıb. Samir Hüseynli evlənmək məqsədi ilə qohumu və tanışları – Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovla birgə rayon sakini Günay Məmmədovanı bulağa gedərkən qaçırıb. Sonra Samir qızı zorlamağa cəhd edib və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hadisədən sonra həmin şəxslər saxlanılıb və cinayət məsuliyyətinə cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir