Cəmiyyət

Nazir müavini: “İşsiz şəxslərə yardım versək, onlar işləməyəcəklər”

Sharing is caring!


“Hazırda ölkədə 65 min şəxs ünvanlı sosial yardım alır. Hesabla bu şəxslərin ailələrinə 490 manat düşür”. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.  

“Biz əgər işsiz şəxslərə ünvanlı sosial yardım versək, həmin şəxslər işləməyəcəklər, aktiv sahələrlə maraqlanmayacaqlar. Ona görə biz gələcəkdə məşğulluqla bağlı yeni işlər barədə düşünməliyik. Biz həmin şəxslərin işlərə cəlb olunmasında maraqlıyıq”,- deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir