İdman

Dünya Kuboku: Karlsen və Praqnanandha növbəti dəfə heç-heçə ediblər – YENİLƏNİB

Sharing is caring!


Norveçli Maqnus Karlsen Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun finalında hindistanlı Rameşbabu Praqnanandha ilə növbəti heç-heçə edib.

Belə ki, ağ fiqurlarla oynayan M.Karlsen 18 yaşlı hindistanlı ilə 30-cu gedişdə heç-heçəyə razılaşıb. Bu oyundan sonra finalda hesab 1:1-dir. Avqustun 24-də tərəflər tay-brekdə üz-üzə gələcəklər.

10:44

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kuboku bu gün yekunlaşa bilər.

Oxu.Az xəbər verir ki, üçüncülük və final qarşılaşmalarının ikinci oyunları keçiriləcək.

Üçüncülük uğrunda ilk görüşdə ağ fiqurlarla ABŞ-li Fabiano Karuanaya qalib gələn Nicat Abasov üstünlüyünü qorumağa çalışacaq. Qrosmeysterimizə heç-heçə də kifayət edəcək. Karuana qalib gələcəyi təqdirdə, tərəflər sabah tay-brekdə üz-üzə gələcəklər.

Final qarşılaşmasında isə norveçli Maqnus Karlsen və hindistanlı Rameşbabu Praqnananda güclünü müəyyənləşdirməyə çalışacaqlar. Tərəflər Praqnanandanın ağ fiqurlarla oynadığı ilk görüşdə heç-heçəyə razılaşıblar. Bu gün Karlsen ağ fiqurlarla oynayacaq. Yenə heç-heçə olarsa, qalibi sabah tay-brek müəyyənləşdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir