Cəmiyyət

Qanunsuz ov edənlər saxlanılıb, silahları götürülüb

Sharing is caring!


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarabucaq kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd “İJ” markalı ov silahı və qanunsuz olaraq ovladıqları heyvanlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən digər bir tədbir zamanı isə rayonun Pirili kənd sakinindən bir ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir