Kriminal

Bakıda saxta dollar satan dəstə üzvləri saxlanılıblar – FOTO/VİDEO

Sharing is caring!


Paytaxtın Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əsginas verdiyini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar –  1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı S.Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir