Cəmiyyət

DSX-nin vəfat edən hərbçisinin xəstəxanaya aparılma səbəbi bəlli oldu – YENİLƏNİB + FOTO

Sharing is caring!


Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən xəstəlikdən vəfat edib.

“Unikal”ın əldə etdiyi məlumata görə, sərhədçi qızdırma səbəbi ilə xəstəxanaya çatdırılıb. Onun tam olaraq hansı səbəbdən vəfat etdiyi araşdırılır.

Mirhüseyn Salmanlı ötən ayın ikisində hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.

Onun ailədə özündən başqa bir bacısı var.

12:05

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib.

Bu barədə (DSX) məlumat yayıb.

Bildirilib ki, əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, bu gün xəstəlikdən vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir