Cəmiyyət

DİN: “Ayrı-ayrı rayonlarda vətəndaşlardan avtomat və tüfənglər götürülüb”

Sharing is caring!


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında altı ədəd avtomat, bir tapança, 13 qumbara, yeddi qumbara alışdırıcısı, 17 patron darağı, 877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və dörd ədəd süngü-bıçaq təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar edilərək götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir