Cəmiyyət

Azərbaycan qış turizminə hazırlaşır – VİDEO

Sharing is caring!


Azərbaycan qış turizminə hazırlaşır.

Xezerxeber.az xəbər verir ki, qış turizmi ilə bağlı ölkəmizə daha çox MDB-yə üzv dövlətlərdən və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar.

Hazırda “Şahdağ” Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq İstirahət Mərkəzində qış hazırlıqlarına başlanılıb.

Dövlət Turizm Agentliyinin Media və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayevanın sözlərinə görə, ilin sonuna qədər Azərbaycana iki milyona yaxın xarici ziyarətçinin gəlişi gözlənilir.

Bu arada Kəlbəcər və Laçın rayonlarında turizminin mümkün potensialını nəzərə alaraq həmin ərazilərdə qış turizm mərkəzlərinin yaradılması planlaşdırılır.

Həmçinin vurğulanıb ki hazırda mart ayından etibarən Şuşaya təşkil olunan turlar davam etməkdədir. Yaxın gələcəkdə Suqovuşan istirahət parkı və Talış kəndinə turistik turların təşkil edilməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir