Cəmiyyət

ETSN rəsmisi: “Şarj məntəqələrinin məhdud sayda olması elektromobillərə keçidi ləngidən amillərdəndir” – FOTO

Sharing is caring!


“Azərbaycanda iqlim dəyişiklikləri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunlardan biri də nəqliyyat sektorunda emissiyaların azaldılmasına yönələn elektrik və hibrid mühərrikli yeni avtomobillərin idxal və əlavə dəyər vergisindən azad olunmasıdır”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Yaşar Kərimov bildirib.

O bildirib ki, bu istiqamətdə tədbirlərin davam etdirilməsi, beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi iqlimə təsirlərin azaldılmasına imkan verəcək:

“Bu gün Qlobal Ekologiya Fondunun dəstəyi ilə ETSN, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı tərəfindən “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda seminar keçirilib. Seminarda dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, akademiya və təhsil müəssisələrinin nümayəndələri, iqlim dəyişmələri və nəqliyyat sahəsi üzrə ekspertlər iştirak ediblər”.

Y.Kərimov qeyd edib ki, Paris sazişi çərçivəsində nəzərdə tutulan istixana effekti yaradan qazların emissiyalarının azaldılması hədəfinə nail olmağa töhfə verəcək fəaliyyətlər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə nəzərdə tutulmuş tədbirlərlə tam uzlaşır:

“Gələcəkdə az tullantılı və tullantısız elektrik nəqliyyatının təşviqi istiqamətində həyata keçirilən fəaliyyət hava keyfiyyətinin yaxşılaşdırılmasına və nəqliyyat sektorunun səmərəliliyinin artırılmasına töhfə verəcək”. 

Nazirlik rəsmisinin sözlərinə görə, elektrik avtomobillərinə daha sürətli keçidi ləngidən amillərdən biri də elektrik şarj məntəqələrinin məhdud sayda olmasıdır:

“Belə məntəqələrin  regionlarda quraşdırılması prosesinə özəl sektorun da qoşulmasını təşviq etmək vacibdir. “Yaşıl nəqliyyat”a geniş keçidin stimullaşdırılması üçün yeni vasitələrdən istifadə edilməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir