Cəmiyyət

Gəncədə dəm qazından zəhərlənən bir ailənin dörd üzvünün son durumu AÇIQLANDI

Sharing is caring!


Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarındakı mənzillərin birində qeydə alınıb.

1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlar yaşadıqları evdə dəm qazından zəhərləndiklərini bildiriblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəm qazından zəhərlənən şəxslərin son durumunu açıqlayıb:

“Dünən saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə beş nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir