Mədəniyyət

Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? – AÇIQLAMA

Sharing is caring!


“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib.

“Yuxarı Gövhər Ağa və Saatlı məscidləri artıq tam bərpa olunub və istifadədədir. Təqribən 7-8 məscid var ki, onlar tam dağılmış vəziyyətdədir. Vaxtilə Şuşada hər məhəllənin öz məscidi olub. Simpoziumun keçirilməsində də məqsəd daşı-daş üstə qalmayan abidələrin, məscidlərin bərpasında və yenidən qurumasında beynəlxalq təcrübədən faydalanmaqdır”, – deyə Adın Kərimov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir