Cəmiyyət

Narkotikin təsiri altında qəza törədən şəxs həbs olundu

Sharing is caring!


Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi KİA markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir