Cəmiyyət

Masallıda “Ford” “KamAZ”a çırpılıb: İki nəfər xəsarət alıb

Sharing is caring!


Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Fuad Həsrətovun idarə etdiyi “Ford” markalı yük maşını idarəetməni itirərək mişar daşı ilə dolu olan “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq rayon xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir