Cəmiyyət

5 yaşlı Banunun dəstəyə ehtiyacı var: Əməliyyat üçün lazım olan məbləğin yarısı toplanıb – FOTO

Sharing is caring!


5 yaşlı Banunun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Fəridə Məmmədsanova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Banunun 5 yaşı var. Artıq bir neçə ildir beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Banunun bütün müalicələrini vaxtlı-vaxtında etsək də, böyük irəliləyiş əldə edə bilməmişik. Hazırda övladıma ilik köçürmə əməliyyatı edilməlidir”.

Gənc ana ilik köçürmə əməliyyatı üçün maddi dəstəyə ehtiyacları olduğunu bildirib:

“Banunun donoru Türkiyə vətəndaşdır. Əməliyyat da elə Türkiyədə yerləşən xəstəxanalardan birində keçiriləcək. Əməliyyat üçün isə 83 000 dollara ehtiyac var. Həmin məbləğin 43 000 dolları yardım fondlarının biri tərəfindən qarşılanır, qalan 40 000 dolları isə biz toplamalıyıq. Hazırda bu məbləği toplamaq üçün imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Bank Respublika: 4244 4848 4301 6233

Ailə ilə əlaqə: (070) 846-49-80

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir