Cəmiyyət

Zəfər Günü münasibətilə keçirilən fləş-mobun səmadan maraqlı görüntüləri – FOTO

Sharing is caring!


Kürdəmirdə 8 noyabr – Zəfər Günü münasibətilə rayon məktəbliləri maraqlı fləş-mob təşkil ediblər.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, fləş-mob rayonun Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində baş tutub.

Belə ki, şagirdlər sıra düzülüşü ilə azad olunmuş rayon və şəhərlərin adlarını yazıblar.

Qeyd edək ki, fləş-mobda təxminən 600-ə yaxın şagird iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir