Cəmiyyət

Şuşada işlə təmin olunan sakinlərin sayı AÇIQLANDI

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb. 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-adək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir