Siyasət

“TRT Haber”: “Azərbaycanın Qarabağdakı zəfərindən üç il ötür” – VİDEO

Sharing is caring!


“44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusu xalqın illərlə davam edən vətən həsrətinə son qoydu”.

Bu barədə Türkiyənin “TRT Haber” kanalının Ermənistanın 30 illik işğalına son qoyan Qarabağ Zəfərinin üçüncü ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

Müəllif ilk olaraq Ermənistanın Sovet İttifaqının dağılmasından sonra işğal etdiyi Qarabağ və ətraf torpaqlardan 30 ilə yaxındır ki, Azərbaycan əsgərlərinə və dinc əhaliyə qarşı hücumlar həyata keçirməsindən bəhs edib:

“2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun dinc əhaliyə qarşı artan hücumları və təmas xəttindəki kəndləri ağır silahlardan atəşə tutması artıq Azərbaycanın səbir kasasını daşdırdı. Prezident İlham Əliyevin əmri ilə həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, Azərbaycan üçün Vətən müharibəsinə çevrilən əməliyyat 44 gün davam etdi. Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi”.

Məqalədə həmçinin 44 günlük müharibədə PUA-ların rolu, Türkiyənin dəstəyinin Azərbaycana güc verməsi, torpaqlarımızın işğaldan azad olunmasından sonra görülən yenidənqurma və bərpa işləri, regionda sülhün bərqərar olması üçün Bakının diplomatik təşəbbüslərini davam etdirməsi barədə də bəhs olunub və Azərbaycanın Qarabağda suverenliyinə tam nail olunduğu vurğulanıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir