Cəmiyyət

Laçın şəhərində Zəfər Günü ilə bağlı yürüş keçirilir – FOTO

Sharing is caring!


8 Noyabr – Zəfər Günü ilə əlaqədar Laçın şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.

APA xəbər verir ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə saat 10:00-dan başlayaraq Laçın şəhərində yürüş edirlər.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bu gün, həmçinin, Bakıda, Gəncədə, Bərdə, Füzuli şəhərlərində və Zəngilan rayonunda hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir