Cəmiyyət

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Zəfər Günü tədbiri – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Tədbir vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, böyük Qələbəmizin ilkin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam edilməsini vurğulayıb. Eyni zamanda Xidmət rəisi 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini və 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşunun məhz Ali Baş Komandanın apardığı müdrik siyasət nəticəsində bərpa edildiyini vurğulayıb.

Sonda Xidmət rəisi tərəfindən “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif olunan əməkdaşlara orden və medallar təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir