Cəmiyyət

Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcəkmi?

Sharing is caring!


“Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

“Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2 500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”, – deyə qurumdan bildirilib

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində (Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı), noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik mövsümü başlayır. Qaydalara əsasən, dağlıq rayonlarında istilik mövsümünün 1 may, digər ərazilərdə isə 15 aprel tarixinə qədər davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir