Cəmiyyət

MİK-in voleybol komandası Azərbaycan çempionatında iştirak edəcək

Sharing is caring!


Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023/2024 illər mövsümünə start verilib.

Bakı İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Feferasiyasının prezidenti Lyubomir Qanev, Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubunun (MİK) rəisi polkovnik-leytenant Ramiq Orucov və digər qonaqlar iştirak ediblər.

Çempionatda kişilər arasındakı yarışda MİK-in “MOİK” komandası “AZERRAIL”, “Xarı Bülbül Laçın”, “Xarı Bülbül Şuşa”, “Murov Az Terminal” və “Neftçi” komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən dörd dövrədən ibarət olan və dairəvi sistem üzrə keçiriləcək çempionatda ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə yüksələcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir