Cəmiyyət

Üç yaşlı Rənanın sizin dəstəyinizə ehtiyacı var: Doğulan gündən xəstəlikdən əziyyət çəkir – FOTO

Sharing is caring!


Üç yaşlı Rənanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Atlas Vəlizadə məlumat verib.

O bildirib ki, övladı anadangəlmə sidik kisəsinin neyrogen disfunksiyası xəstəliyindən əziyyət çəkir.

“Rəna ana bətnində olarkən onun böyrək problemi olduğunu öyrəndik. Doğulan gündən sidiyə kateter vasitəsilə gedib. Övladım üçaylıq olarkən vəziyyəti ağırlaşdığı üçün xəstəxanalardan birinə yerləşdirdik, beş ayında sağ böyrəyinin, doqquz ayında isə sol böyrəyinin sidik kanalları dəyişdirilib. Hazırda övladımın 60% əlilliyi var”.

Atlas Vəlizadə övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduğunu deyib:

“Rəna mənim tək övladımdır. Beş il sonra dünyaya gəlib. İnanın, müalicə üçün hazırda imkanımız yoxdur. Rənanın müalicəsi üçün aylıq 500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən övladıma dəstək olmağı xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB-dən ailə ilə əlaqə saxlanılıb və Xidmətlər Zərfi çərçivəsində müayinələrdən ödənişsiz keçə biləcəyi bildirilib. Həmçinin, TƏBİB tabeli dövlət tibb müəssisələrində icra olunduğundan tibbi xidmətlərə görə özəl tibb müəssisələrinə göndəriş verilməyib.

Ailə ilə əlaqə: (050) 647-60-55

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir