Dünya

Pentaqon: “ABŞ Ukraynaya əlavə silahlar verməyə hazırdır”

Sharing is caring!

ABŞ Ukraynaya əlavə silahlar verməyə hazırdır. Bu silahlar Ukrayna hərbçilərinə xüsusilə Donbassda uğurlu hərbi əməliyyatlar keçirməyə imkan verəcək.

Bunu Pentaqonun spikeri Con Kirbi bildirib.

O, qeyd edib ki, yeni sistemlərdən istifadəni öyrənmək üçün Ukrayna xeyli sayda hərbçisini döyüş meydanından geri çağırmaq məcburiyyətində qalacaq. Bu isə ordunun ümumi döyüş qabiliyyətinə mənfi təsir edə bilər.

Kirbi vurğulayıb ki, Vaşinqton yeni silahlar təqdim etməklə Ukrayna Silahlı Qüvvələrin döyüş hazırlığını lazımsız yerə azaltmadan ehtiyat edir və yalnız ordunun öyrəşdiyi, ehtiyac duyduğu sistemləri tədarük etməyə çalışır.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir