Cəmiyyət

Əmircanda evə silahla hücum edən şəxsin cinayət işi məhkəməyə göndərildi

Sharing is caring!


Qəsdən adam öldürməyə hazırlıqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, fevralın 16-da Suraxanı rayon sakini Elman Əsədovun yaşadığı evə odlu silahla hücum edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Tahir Hüseynovun tanışı Elman Əsədovu qəsdən öldürmək və əmlakını ələ keçirmək üçün hazırlaşması, bu məqsədlə fevral ayında müxtəlif tarixlərdə odlu silahla sonuncunun yaşadığı, rayonun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlməsi, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.

Tahir Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir