Cəmiyyət

Gələn il büdcənin 70 faizi sosial proqramlara yönəldiləcək

Sharing is caring!


“Artıq 3 ildir ki, azad edilmiş torpaqlarımızda sürətlə bərpa quruculuq işləri aparılır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Regional məsələlər, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ildə də müdafiə və milli təhlükəsizlik xərcləri dövlət büdcəsinin prioritet xərclərinə daxil edilib:

“Böyük Qayıdışa dair Dövlət Proqramının icrası üçün dörd milyard manat, Naxçıvanın sosial iqtisadi inkişaf proqramının icrası üçün 249 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Büdcənin 70%-dək xərc hissəsi sosial proqramlara yönəldilib ki, burada 15 milyard 773 milyon manatlıq xərclərdən söhbət gedir. Həmin xərclər cari ilin müvafiq göstəricisi ilə müqayisədə 47% artırılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir