Dünya

Seneqalda etirazlar fonunda mobil internet kəsilib

Sharing is caring!


Seneqal hökuməti ölkə daxilində mobil internetə çıxışa məhdudiyyət qoyub.

Bu barədə ölkənin Telekommunikasiya Nazirliyi məlumat yayıb.

Qərar sosial şəbəkələrdə prezident seçkisinin təxirə salınmasına etiraz aksiyalarına çağıran materialların yayılması ilə əlaqədar qəbul edilib.

“Artıq sosial şəbəkələrdə iğtişaşlara səbəb olan mesajların yayılması ilə əlaqədar fevralın 13-də mobil internetə çıxış qeyri-müəyyən müddətə dayandırılıb”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 3-də Seneqal Prezidenti Maki Sall fevralın 25-nə təyin edilmiş prezident seçkisinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib. Seneqal parlamenti daha sonra prezident seçkisini 2024-cü il dekabrın 15-nə təxirə salıb.

Mənbə: Agence France-Presse

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir