Cəmiyyət

Zaqatalada iki nəfər xurma ağacından yıxılıb

Sharing is caring!


Zaqatalada bir gündə iki nəfər xurma ağacından yıxılıb. 

Lent.az-ın məlumatına görə, ötən gün rayonun Dağlı kənd sakini, 1952-ci il təvəllüdlü Məmməd Mirzə oğlu Xəlilov və Car kənd sakini, 1960-cı il təvəllüdlü Sədullah İbadullah oğlu Laçınov  xurma yığarkən ağacdan yıxılaraq xəsarət alıblar.

Hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

M.Xəlilova boyun fəqərələrinin çoxsaylı sınığı, S.Laçınova isə qabırğaların çoxsaylı sınığı diaqnozu qoyulub, müalicələri hazırda xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir