Cəmiyyət

Ovçuların nəzərinə: Ov üçün icazə hansı günə alınırsa, həmin gün də istifadə edilməlidir

Sharing is caring!


“Ov icazəsi hansı günə alınırsa, həmin gün də istifadə edilməlidir. Əks təqdirdə, yenidən icazə alınmalıdır”.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu qayda sui-istifadə hallarının qarşısını almaq üçündür:

“Həmin lisenziyada qeyd olunan ərazi üzrə ovlanacaq heyvanların sayında dəyişiklik edilməməsi, qayda pozuntularının olmaması və ekologiyanın yerli qurumları tərəfindən nəzarətin təşkil edilməsi üçün lisenziyada hansı tarix, ərazi göstərilirsə, həmin formada ov təşkil olunmalıdır. Tarix dəyişsə, vətəndaş yerli ekologiya orqanlarına yenidən müraciət etməlidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir