Cəmiyyət

Cəlilabadda ağır qəza: Xəsarət alan var

Sharing is caring!


Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunda, Sərhədabad kəndi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili qarşıda gedən VAZ-2107 markalı maşına çırpılıb.

Qəza nəticəsində “Priora” idarəetməni itirib və yol kənarına çıxıb. Sürücünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir