Cəmiyyət

DYP əməkdaşına “Haran ağrıyır, rəis?” dedi, cərimələndi

Sharing is caring!


Naxçıvan şəhərində içkili halda Dövlət Yol Polisi (DYP) əməkdaşı ilə zarafatlaşan şəxs saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, 1965-ci il tarixdə Naxçıvan rayonu, Aşağı Uzunoba kəndində anadan olmuş Nihal restoranda yeyib-içdikdən sonra yol kənarında dayanan DYP əməkdaşına yaxınlaşaraq “haran ağrıyır, rəis” ifadəsini işlədib. Daha sonra Nihal – “komandir üzr istəyirəm, sizi səhv salıb zarafat etdim”, – deyib.

DYP əməkdaşı – “siz kimsiniz ki, mənimlə zarafat edirsiniz?” – cavabını verib və hadisə yerinə PPX əməkdaşları çağırılıb.

Nihal saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunub.

Məhkəmənin qərarı ilə Nihal 150 manat məbləğində inzibati qaydada cərimə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir