Cəmiyyət

Şəkidə idarə rəisi yüksək vəzifəyə təyin edildi – FOTO

Sharing is caring!


Şəki Regional Ədliyyə İdarəsinin rəisi yüksək vəzifəyə təyin edilib. 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə rəis müavini təyin olunub. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Şəki Regional Ədliyyə İdarəsinin rəisi Abdulla Yusifov tutduğu vəzifədən azad edilərək nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini təyin edilib. 

Qeyd edək ki, Abdulla Yusifov 1961-ci ildə Şəkinin Baş Layısqı kəndində anadan olub, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun illər prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. Yaş həddinə görə təqaüdə çıxandan sonra Şəki Regional Ədliyyə İdarəsinə rəis təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir