Dünya

HƏMAS-ın qaçırdığı qızlardan biri ölüb: Anası təsdiqlədi – FOTO

Sharing is caring!


İsraildə HƏMAS radikalları tərəfindən qaçırılan tələbə Şani Lukun anası qızının ölümünü təsdiqləyib.

“Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı barədə xəbər aldıq”, – deyə Rikarda Luk RTL və NTV telekanallarına bildirib.

Lakin qızın ölümü ilə bağlı hələ rəsmi məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl qaçırılan 22 yaşlı almaniyalı Şani Lukun sosial şəbəkələrdə fotoları yayılmış, ZDF telekanalı isə öz mənbələrinə istinadən oktyabrın 10-da onun öldüyünü bildirmişdi. Lakin qızın anası onun sağ olduğunu, vəziyyətinin ağır olduğunu iddia edirdi.

Həmçinin məlum olub ki, Almaniya Baş Prokurorluğu qətllər və girov götürülməsi ilə bağlı HƏMAS-a qarşı araşdırmalara başlayıb.

Mənbə: TASS  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir