Cəmiyyət

Universitetlərin akkreditasiyası davam edir: Keçməyənlərin aqibəti necə olacaq?

Sharing is caring!


Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb. 

Bu barədə ”Trend”in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində (“ADA” Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.

“Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” hesab edilərək növbəti 5 il üçün akkreditə olunublar. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən “qismən uyğundur”, “uyğun deyil” hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib”, – deyə bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir