Cəmiyyət

Teymur Musayev: “Tibb mütəxəssislərimiz bacarıqlarını səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırırlar”

Sharing is caring!


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri diqqət və qayğının nəticəsidir ki, respublikamızda müasir səhiyyə infrastrukturu obyektləri inşa edilir, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir”.

Oxu.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən “Medinex” sərgisində çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün ondan çox ölkədən 100-ə yaxın şirkətin qatıldığı sərgi artıq üçüncü dəfədir ki, ölkəmizdə təşkil olunur:

“Medinex” sərgisi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq”.

T.Musayevin sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir.

Nazir ölkədə tibb elminin və səhiyyənin inkişafı barədə də danışıb:

“Tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırırlar. Onlar bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün sektordakı dəyişiklikləri yaxından izləyirlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir