Cəmiyyət

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

Sharing is caring!


Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

Oxu.Az-ın məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992-96-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994-95-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir