Cəmiyyət

Şəkərli diabet xəstələrinə pulsuz verilən dərman vasitələrinin sayı artırılacaq – VİDEO

Sharing is caring!


Azərbaycanda şəkərli diabet xəstələrinin sayı üç dəfəyə yaxın artıb. 2010-cu ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı 120 min olduğu halda, hazırda qeydiyyatda 320 mindən çox xəstə var.

Bu rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatında əksini tapıb.

Mövzu ilə bağlı Xezerxeber.az-a danışan millət vəkili Rəşad Mahmudov bildirib ki, şəkərli diabet xəstəliyi son dövrlər bütün dünyada ciddi problemə çevrilib.

Onun sözlərinə görə, bu xəstəliyin müalicəsinə ciddi yanaşmaq lazımdır. Əks halda, ağır fəsadlara yol aça bilər.

Rəşad Mahmudov deyib ki, bəzi dərmanlarin şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün əlçatan olmaması bu sahədə effektiv nəticə əldə etməyi çətinləşdirir. Onun sözlərinə görə, gələcəkdə sözügedən xəstəlikdən əziyyət çəkən şəxslərə pulsuz verilən dərman vasitələrinin sayının çoxaldılması nəzərdə tutulur.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir