Cəmiyyət

FHN əməkdaşları I oldular

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Orxan Mehdiyev və Tural Useynov 23-29 oktyabr 2023-cü il tarixlərində İtaliyanın Karrara şəhərində keçirilən kikboksinqin WTKA versiyaları üzrə döyüş növlərinin dünya çempionatında iştirak ediblər.

FHN-dən verilən məlumata görə, Orxan Mehdiyev 65 kq, Tural Useynov isə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, hər iki əməkdaş dünya, Avropa və ölkə çempionu olmaqla yanaşı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir