Cəmiyyət

Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Sharing is caring!


Ucarda eyni ərazidə ikinci yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində iki ağırtonajlı yük avtomobilinin toqquşduğu ərazidə daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanlar olub. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, ötən gün saat 20:30 radələrində Bakı-Qazax magistralının Ucar rayonun Küçəkənd kəndindən keçən hissəsində Gəncə istiqamətində hərəkətdə olan 2 yük maşınının toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1956-cı il təvəllüdlü Şahin İlyas Şevket müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, bütün tibbi müdaxilələrə baxmayaraq zərərçəkənin vəziyyəti ağır olaraq qalır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir