Cəmiyyət

Azərbaycanda son bir həftə ərzində 95 nəfər COVID-19-a yoluxub – FOTO

Sharing is caring!


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (23.10.2023-29.10.2023) 95 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 834 050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 588 nəfər müalicə olunaraq sağalıb, 10 356 nəfər vəfat edib, aktiv xəstə sayı 106 nəfərdir.

Ölkədə son həftə ərzində 3 475, hazırkı dövrədək isə 7 703 250 test aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir