Kriminal

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb

Sharing is caring!


Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.

Pakistan vətəndaşlarından biri aldığı bıçaq xəsarətlərindən həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir